Ukrayna Prezidenti Ofisinin rəhbəri Kirill Budanov Petropavlovskaya Borşaqovkada baş verən iğtişaşlar zamanı rus dilindən istifadə etdiyinə görə cərimə ödəyəcək.
News365.az xəbər verir ki, bu barədə "RBK Ukrayna" dövlət dilinin mühafizəsi üzrə müvəkkil Yelena İvanovskayanın sosial şəbəkədəki paylaşımına istinadən məlumat yayıb.
İvanovskaya sözügedən hadisələrə, xüsusilə Prezident Ofisinin rəhbərinin rus dilində danışmasına görə yaranan ictimai rezonansa münasibət bildirib.
O qeyd edib ki, Budanov məsuliyyətdən yayınmağa və ya özünə bəraət qazandırmağa çalışmadan qayda pozuntusunu etiraf edib.
Bildirilib ki, Ukrayna rəsmisi müəyyən edilmiş müddət ərzində cəriməni ödəməlidir.