Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO

Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO
08:57

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" hesabında Zəfər Günü ilə bağlı paylaşım edib.

Paylaşımda deyilir:

"Bu gün biz böyük qürurla Zəfər Gününü qeyd edirik! Biz Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq! Qəhrəmanlığınıza, şücaətinizə, cəsarətinizə, dözümlülüyünüzə görə, bugünkü bayramı müzəffər xalq kimi qeyd etdiyimizə görə çox sağ olun!

Vətən uğrunda həlak olmuş qəhrəman oğullarımızın nurlu xatirəsini ehtiramla yad edir, onların doğma və yaxınlarına səbir arzulayıram! Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün!

Dərin hörmət və sevgilərlə, Sizin MEHRİBAN""

Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - Foto - foto 1

Sizin reklam burada
Sizin reklam burada