"Süni intellekt dünyanı “Çernobıl” fəlakəti ilə üz-üzə qoya bilər"- Nobel mükafatçısı

"Süni intellekt dünyanı “Çernobıl” fəlakəti ilə üz-üzə qoya bilər"- Nobel mükafatçısı
09:51

Süni intellekt yaxın illərdə genişmiqyaslı texnoloji fəlakətə səbəb ola bilər.

Bu barədə Nobel mükafatı laureatı, süni intellektin “xaç atalarından” biri hesab olunan Cefri Hinton “The Guardian” nəşrinə müsahibəsində xəbərdarlıq edib.

Onun sözlərinə görə, mümkün ssenarilər arasında kütləvi elektrik enerjisi kəsintisi və ya maliyyə sisteminin bütöv bir həftə ərzində iflic olması da var.
 

Hinton ən böyük süni intellekt şirkətlərinin rəhbərlərini təhlükəsizlikdən daha çox mənfəətə üstünlük verməkdə ittiham edib.


“Bəlkə də süni intellekti ümumiyyətlə heç vaxt yaratmamaq daha yaxşı olardı”, – alim bildirib.

Bununla yanaşı, o vurğulayıb ki, belə bir fəlakət qaçılmaz deyil və bəşəriyyət hələ də onun qarşısını almaq iqtidarındadır.


Sizin reklam burada
Sizin reklam burada