ABŞ Prezidenti Donald Tramp və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan telefon danışığı zamanı Ukraynada müharibənin dayandırılması məsələsini müzakirə ediblər.
Bu barədə Türkiyə Prezident Administrasiyasının X sosial şəbəkəsindəki məlumatında bildirilib.
Ərdoğan Rusiya-Ukrayna müharibəsinin dayandırılmasına yönəlmiş diplomatik səylərin intensivləşdirilməsinin müsbət nəticələr verəcəyinə ümid etdiyini bildirib.
Prezidentlərin telefon danışığında İrandakı müharibə də müzakirə olunub. Ərdoğan İranla ABŞ arasında gərginliyin dayandırılmasının və problemlərin diplomatik yolla həll edilməsinin vacibliyini qeyd edib. O, Türkiyənin sülhün təmin olunması üçün səylərini davam etdirəcəyini bildirib.