Vaşinqton rəsmi şəkildə ikisi istisna olmaqla, Bağdaddan İranla olan bütün sərhəd-keçid məntəqələrini bağlamağı xahiş edib.
News365.az xəbər verir ki, bu barədə İraqın xarici işlər naziri Fuad Hüseyn məlumat yayıb.
O, həm də regiondakı mövcud vəziyyətin müharibənin bərpası ehtimalına dəlalət etdiyini qeyd edib.
Nazirin sözlərinə görə, Bağdad dostluq və birliyi qəbul etdiyini Tehrana bildirib, lakin İranın İraqın daxili işlərinə qarışmasını qəbul etmir.
XİN rəhbəri İranmeylli "Hizbullah ən-Nücəba" və "Kətaib Hizbullah" qruplaşmaları ilə silah məsələsinə dair danışıqların davam etdiyini bildirib və "Əsaib Əhl əl-Həqq" ilə "Kətaib Seyyid əş-Şühəda" qruplaşmalarının isə öz silahları üzərində dövlət nəzarətinə razılıq verdiyini qeyd edib.