ABŞ prezidenti Donald Trampın Ağ Evə yeni mətbuat katibi postuna dair paylaşımı dünya mediasında ziddiyyətə səbəb olub.
Tramp özünə məxsus Truth Social hesabından Ağ Evi "sol radikallardan" qorumaq üçün mətbuat xidmətinin rəhbəri postuna UFC rəhbəri Dana Uaytı gətirmək, rusiyalı döyüşçü Həbib Nurməhəmmədovu və İslam Maxaçevi işə götürməyi təklif edib.
Trampın sözlərinə görə, bu insanlar onları solçu "radikallardan" qorumaq üçün lazımdır.
Bu paylaşımdan sonra dünya mediasında ciddi müzakirələr başlayıb. CNN Dana Uaytın Trampın təklifindən imtina etdiyinə dair məlumat yayıb.
Daha sonra Uaytın təklifi müzakirə etmək üçün Ağ Evə gedəcəyinə dair məlumatlar yayılıb.
Dana Uayt isə öz sosial hesabında Trampla əvvəlki görüş zamanı Ağ Evdə çəkdirdiyi şəkli paylaşaraq “yeni mərhələyə doğru” yazıb.
Daha sonra o, Böyük Britaniyadakı jurnalistlərin suallarını cavablandırarkən noyabrın 9-da Amerika prezidenti ilə görüşəcəyini açıqlayıb: "Mən hazırda Vaşinqtona uçuram. Onunla (Tramp - red) görüşəcəyəm, bazar ertəsi günü görüşümüz planlaşdırılıb". UFC rəhbərindən hazırkı işini Ağ Evin mətbuat katibi vəzifəsi ilə birləşdirə biləcəyi soruşulub. "Bəli, artıq çoxlu iş məsuliyyətim var", - deyə Uayt cavab verib.
Qeyd edək ki, artıq ABŞ mətbuatı Trampın paylaşımının zarafat olduğunu yazır.