İqtisadi sabitlik necə qorunur?- TƏHLİL

İqtisadi sabitlik necə qorunur?- TƏHLİL
09 Apr 2025 09:43

“Ən son məlumata görə 2025-ci ilin 1 aprel tarixinə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəlindən bəri 0,3% artaraq 809,2 minə çatıb. Bu faiz ifadəsində böyük artım olmasa da, sözügedən statistika üzrə stabilliyin tam qorunması kimi qiymətləndirilə bilər”.

Bunu News365.az –a söhbətində iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, əsas maraqlı məqam ƏDV ödəyicilərinin sayının daha ciddi artmasıdır:

“Bu artım həmin tarixə 2,9 faiz olub. Belə ki, hazırda 54,4 min aktiv ƏDV ödəyicisinin olduğu bildirilir. Riyazı hesablasaq, deməli, bu tarixə təxminən 1500 yeni ƏDV ödəyicisi yaranıb.

Göründüyü kimi ƏDV ödəyicilərinin artım tempi ümumi sahibkarların artım tempindən daha yüksəkdir. Adətən ƏDV ödəyicilərinin sayının artım tempinin, ümumi sahibkarın sayının artım tempindən yüksək olması 3 səbəbdən baş verir.

Birincisi, ən sadə haldır - böyüyən bizneslər yeni yarananları üstələyir. İkincisi, şəffaflaşma prosesi gücləndirilməsi nəticəsində göstəricilərin yüksəlir. Üçüncüsü isə nə dövriyyə artmır, nə şəffaflıq, sadəcə vergi məcəlləsində edilən dəyişikliklər nəticəsində dünən ƏDV ödəyicisi olmayan sahibkar, bu gün ƏDV ödəyicisi olur”.

News365.az


Sizin reklam burada
Sizin reklam burada