"İmişli" klubunun hazırlıq planında dəyişiklik baş verib

"İmişli" klubunun hazırlıq planında dəyişiklik baş verib
28 İyl 2025 22:00

Yay təlim-məşq toplanışını Bakıda keçirməyi planlaşdıran "İmişli"nin hazırlıq planında dəyişiklik baş verib.

Klubdan News365.az-a verilən məlumata görə, bölgə təmsilçisi toplanış məqsədi ilə bu gün Qəbələyə yola düşüb.

Bununla da kollektiv avqustun 3-dək əyalətdə məskunlaşacaq. "İmişli" Qəbələ şəhər stadionunda yerli komanda və "Karvan"la yoxlama görüşlərində qüvəsini sınayacaq.


Sizin reklam burada
Sizin reklam burada