İki avtobus toqquşdu: 35 ölü, 30 yaralı

İki avtobus toqquşdu: 35 ölü, 30 yaralı
25 İyl 2026 17:36

Şənbə günü Suraiyada Dəməşq-Deyr əz-Zor magistral yolunda baş verən yol qəzasında 35 nəfər ölüb, 30 nəfər yaralanıb.

News365.az xəbər verir ki, SANA agentliyinin məlumatına görə, qəza Əs-Suxna və Palmira şəhərləri arasında iki avtobusun toqquşması nəticəsində baş verib.

Müdafiə Nazirliyi yaralıların Homsdakı hərbi xəstəxanaya tibbi təxliyəsinə kömək etmək üçün bir neçə helikopter göndərib.


Sizin reklam burada
Sizin reklam burada