Hindistanın Qucarat ştatının Əhmədabad şəhərində qanunsuz fəaliyyət göstərən pirotexniki vasitələr istehsal edən fabrikdə partlayış olub.
News365.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Bildirilib ki, güclü partlayış nəticəsində 8 nəfər ölüb, 15 nəfər isə yaralanıb.
Məlumata görə, hadisə yerində genişmiqyaslı dağıntılar baş verib. Xilasedicilər dağıntılar altında qalan insanları çıxarmaq üçün çalışırlar.
Faktla bağlı araşdırmalara başlanılıb.