"Hindistan və Pakistan arasında gərginlik regionu narahat edir"- Politoloqdan şərh

"Hindistan və Pakistan arasında gərginlik  regionu narahat edir"- Politoloqdan şərh
03 May 2025 16:35

"Hindistanın 1,5 milyardlıq əhalisi və sıx yerləşməsi, həmçinin böyük iqtisadi resurslara sahib olması, onu bölgənin mühüm güc mərkəzinə çevirir. Digər tərəfdən, 200 milyonluq əhaliyə malik olan Pakistan da hərbi gücə xüsusi önəm verir. Bu baxımdan, iki nüvə silahına malik dövlətin potensial qarşıdurması genişmiqyaslı itkilərə səbəb ola bilər."

Politoloq Sabir Məmmədli bu sözləri News365.az-a deyib. 

"Hindistan və Pakistan rəhbərləri bu risklərin fərqindədir və zaman-zaman məsələni açıq şəkildə dilə gətirirlər. Xüsusilə Kəşmir bölgəsində sıx əhalinin yaşamasına baxmayaraq, bu ərazilərdə silahlı qarşıdurmaların daha sərbəst şəkildə baş verməsi ehtimalı narahatlıq doğurur.

Əgər bu gərginlik tammiqyaslı müharibəyə çevrilsə və nüvə silahlarından istifadə olunsa, nəticələr təkcə bu iki ölkə ilə məhdudlaşmayacaq – bütün regiona təsir edəcək. Bu səbəbdən qonşu ölkələr də ciddi narahatlıq içindədir və vəziyyəti yaxından izləyirlər. Ekspertlər hesab edirlər ki, Hindistan və Pakistan rəhbərliyi bu təhlükəni nəzərə alaraq, daha təmkinli mövqe sərgiləməyə çalışacaq."


Sizin reklam burada
Sizin reklam burada