Türkiyədə 25 qanunsuz miqrant saxlanılıb

Türkiyədə 25 qanunsuz miqrant saxlanılıb
20:00

Türkiyənin Aydın vilayətinin Didim rayonunda 25 qanunsuz miqrant saxlanılıb.

News365.az xəbər verir ki, polis əməkdaşları qanunsuz miqrasiya və insan alverinin qarşısının alınması istiqamətində əməliyyat keçiriblər.

Araşdırma zamanı qanunsuz miqrasiyanı təşkil etdikləri ehtimal edilən 4 şübhəli saxlanılıb: "Şübhəlilərdən 3-ü həbs edilib, digəri isə sərbəst buraxılıb".

Miqrantlar müvafiq prosedurlar başa çatdıqdan sonra Miqrasiya İdarəsinə təhvil veriliblər.



Sizin reklam burada
Sizin reklam burada