Xalq artisti Hacı Murad Yagizarovun məzar daşı hazırlanıb.
News365.az xəbər verir ki, məzar daşı II Fəxri xiyabanda Xalq artistinin məzarı üstə ucaldılıb.
Qeyd edək ki, Xalq artisti Hacı Murad Yagizarov 2025-ci il, sentyabrın 15-i Almaniyanın Münhen şəhərində müalicə aldığı xəstəxanada vəfat edib. Onun nəşi sentybarın 16-sı Azərbaycana gətirilib. Onunla Təzə Pir məscidində vida mərasimi keçirilib və həmin gün II Fəxri xiyabanda dəfn edilib.