Azərbaycanda əhali xidmətlərə daha çox pul xərcləyir – Adambaşına düşən məbləğ artdı

Azərbaycanda əhali xidmətlərə daha çox pul xərcləyir – Adambaşına düşən məbləğ artdı
10:02

Azərbaycanda əhali xidmətlərə daha çox pul xərcləyir – Adambaşına düşən məbləğ açıqlandı

Əhalinin gündəlik həyatında müxtəlif xidmətlərə olan tələbatı iqtisadi fəallığın mühüm göstəricilərindən biri hesab olunur. Nəqliyyat, rabitə, məişət, təhsil, səhiyyə və digər sahələrdə göstərilən ödənişli xidmətlərə çəkilən xərclərin artması bu istiqamətdə pul dövriyyəsinin genişləndiyini göstərir. Azərbaycanda da cari ilin ilk doqquz ayında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyərində artım qeydə alınıb.

News365.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar-sentyabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi dəyəri 12 milyard 26 milyon manat təşkil edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 7,9 faiz artım deməkdir.

Hesabat dövründə Azərbaycanda hər bir sakin orta hesabla 1 170,7 manatlıq ödənişli xidmətlərdən istifadə edib. Adambaşına düşən bu məbləğ ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 139,1 manat artıb.


Sizin reklam burada
Sizin reklam burada