Ermənistanda müxalifət tərəfdarları SAXLANILDI

Ermənistanda müxalifət tərəfdarları SAXLANILDI
10:16

Ermənistanın Stepanavan şəhərində 14 nəfər saxlanılaraq Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıb.

News365.az xəbər verir ki, “Sputnik Ermənistan”ın məlumatına görə, Komitə axtarışların və digər prosessual tədbirlərin cinayət işi üzrə araşdırma çərçivəsində aparıldığını bildirib.

Oktyabrın 21-də “Güclü Ermənistan” fraksiyasının deputatı Andranik Gevorgyan Stepanavanda partiya tərəfdarlarına qarşı genişmiqyaslı axtarışların və saxlanılmaların həyata keçirildiyini açıqlayıb.

Qeyd edək ki, Stepanavanda yerli özünüidarəetmə orqanlarına seçkilər oktyabrın 25-də keçiriləcək. Müxalifət partiyası bu icmada namizəd irəli sürüb.

Ermənistanın Baş naziri Nikol Paşinyan son iki gündə vətəndaşları seçki prosesi zamanı təzyiq və ya rüşvət halları barədə şəxsən ona məlumat verməyə çağırıb.

Gevorgyan daha əvvəl Stepanavanda bir sıra müəssisələrin əməkdaşlarının siyasi səbəblərlə işdən çıxarıldığını iddia edib. Paşinyan isə bu məlumatların araşdırılması ilə bağlı göstəriş verib.

Saxlanılan şəxslərin kimliyi və onlara qarşı irəli sürülən mümkün ittihamlarla bağlı əlavə məlumat açıqlanmayıb.


Sizin reklam burada
Sizin reklam burada