Panama sahillərində 5 maqnitudalı zəlzələ: Episentr şəhərdən 383 km aralıda

Panama sahillərində 5 maqnitudalı zəlzələ: Episentr şəhərdən 383 km aralıda
10:04

Panama sahillərində baş verən yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə yerləşib. İlkin məlumatlara görə, zəlzələ nəticəsində insan tələfatı və dağıntılar qeydə alınmayıb.

News365.az xəbər verir ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatına əsasən, zəlzələ oktyabrın 20-də axşam saatlarında baş verib.

Yeraltı təkanların episentri təxminən 1300 nəfərin yaşadığı Burika şəhərindən 383 kilometr cənub-şərqdə yerləşib.

Hadisənin fəsadları ilə bağlı hələlik hər hansı məlumat açıqlanmayıb.

News365.az


Sizin reklam burada
Sizin reklam burada