Hindistan-Pakistan gərginliyi Ukraynaya da təsir edəcək?

Hindistan-Pakistan gərginliyi Ukraynaya da təsir edəcək?
01 May 2025 10:40

Hindistan və Pakistan arasında münaqişənin gərginləşməsi Ukrayna böhranının həlli cəhdlərini sürətləndirəcək. Bunu RBK-Ukraynaya müsahibəsində Ukrayna prezidenti aparatının rəhbərinin müşaviri Mixail Podolyak deyib.


“Düşünürəm ki, bu gün bu regionu təhdid edən müharibə Ukraynada müharibə və sülh problemini düzgün həll etmək cəhdlərini sürətləndirəcək”, - deyə rəsmi bildirib.


Onun fikrincə, Hindistan və Pakistan arasında genişmiqyaslı hərbi əməliyyatların başlanması ehtimalı azdır. Ukrayna lideri Vladimir Zelenskinin ofis rəhbərinin müşaviri iki dövlətin sərhədində artıq baş vermiş toqquşmalara baxmayaraq, belə qənaətə gəlib ki, proseslər geniş eskalasiyaya çevrilməyəcək.


Podolyak xatırladıb ki, Hindistan və Pakistan nüvə silahına malikdir. Eyni zamanda, Hindistan qlobal Cənubun digər güclərinə ciddi təsir göstərmək iqtidarındadır.

Xatırladaq ki, 22 apreldə "Kəşmir Müqaviməti" döyüşçüləri Cammu və Kəşmir ştatlarında hindistanlı turistlərə atəş açıb. Hadisədə 30 nəfər, o cümlədən Hindistan Hərbi Hava Qüvvələri və Donanmasının zabitləri həlak olublar. Sağ qalanların ifadəsinə görə, hücum edənlər ad və dini mənsubiyyəti soruşaraq qeyri-müsəlmanları güllələyiblər.



Tural


Sizin reklam burada
Sizin reklam burada