Hikmət Hacıyev ABŞ-ni Müstəqillik Günü münasibəti ilə təbrik edib

Hikmət Hacıyev ABŞ-ni Müstəqillik Günü münasibəti ilə təbrik edib
03 İyl 2026 22:40

Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-ni Müstəqillik Günü münasibəti ilə təbrik edib.

News365.az xəbər verir ki, Prezidentin kömçəkçisi bununla bağlı "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Heydər Əliyev Mərkəzi – müasir memarlığın şah əsərlərindən biri – Amerika Birləşmiş Ştatlarının 250 illiyi münasibətilə ABŞ bayrağının rəngləri ilə işıqlandırılıb. ABŞ-dakı dostlarımızı və həmkarlarımızı səmimi-qəlbdən təbrik edirik. Müstəqillik Gününüz mübarək!", – deyə paylaşımda qeyd olunub.


Sizin reklam burada
Sizin reklam burada