Halı pisləşən Serbiya prezidenti səfərdən geri döndü

Halı pisləşən Serbiya prezidenti səfərdən geri döndü
03 May 2025 13:05

Serbiya prezidenti Aleksandr Vuçiç xəstəliyi səbəbindən ABŞ-yə rəsmi səfərini yarımçıq dayandırıb. Bu barədə Bloomberg yazıb.


Məqalədə qeyd olunub ki, mayın 2-də dövlət başçısı gözlənilmədən özünü pis hiss edib. Bundan sonra o, həkimlərlə məsləhətləşərək Belqrada qayıtmaq qərarına gəlib. Lakin Serbiya liderinin dəqiq vəziyyəti məlum deyil.

“Jurnalistlərin Vuçiçin Belqraddakı ofisinə etdiyi zənglərə isə iş vaxtından sonra cavab verilməyir”, - nəşr yazıb.

Serbiya prezidenti xaricə işgüzar səfəri zamanı amerikalı həmkarı Donald Trampla görüş keçirməyi planlaşdırırmış. Lakin nəşr onun dönməzdən əvvəl Ağ Evin rəhbəri ilə danışa bilib-bilmədiyini dəqiqləşdirməyib.

Tural



Sizin reklam burada
Sizin reklam burada