Gürcüstan prezidentinin Bakı səfəri başa çatdı

Gürcüstan prezidentinin Bakı səfəri başa çatdı
16 Apr 2025 20:45

Gürcüstan Prezidenti Mixail Kavelaşvilinin Azərbaycan Respublikasına rəsmi səfəri aprelin 16-da başa çatıb.


News365.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.


Gürcüstan Prezidenti Mixail Kavelaşvilini hava limanında Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər yola saldılar


Sizin reklam burada
Sizin reklam burada