Goranboyda şəhid anası vəfat etdi

Goranboyda şəhid anası vəfat etdi
25 İyl 2026 18:56

Goranboyun Qaramusalı kəndində şəhid anası vəfat edib.

News365.az xəbər verir ki, şəhid Rüstəmov Qurban Tofiq oğlunun anası Rüstəmova Qumru Oruc qızı dünyasını dəyişib.

Mərhum kənd qəbiristanlığında dəfn olunub.

​Məlumat üçün bildirək ki, Rüstəmov Qurban Tofiq oğlu Birinci Qarabağ müharibəsi şəhididir. O, Goranboy rayonunun Qaramusalı kəndində anadan olub və Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub.


Sizin reklam burada
Sizin reklam burada