Prezident Sərəncam imzaladı: 98 794 manat ayrıldı

Prezident Sərəncam imzaladı: 98 794 manat ayrıldı
01 Apr 2025 13:45

Prezident İlham Əliyev gənc istedadlara xüsusi təqaüdlərin verilməsi haqqında Sərəncam imzalayıb.

News365.az xəbər verir ki, Sərəncama əsasən adları “Qızıl kitab”a yazılmış gənc istedadlara xüsusi təqaüdlərin verilməsi məqsədilə Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə 98 794 manat məbləğində vəsait ayrılıb.

    Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan maliyyələşməni təmin etməli, Mədəniyyət Nazirliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

    Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.


    Sizin reklam burada
    Sizin reklam burada