"Kaspersky Laboratoriyası" "Triada" troyanının yeni, modifikasiya edilmiş versiyası barədə xəbərdarlıq edib. Şirkət onun yaratdığı təhlükələri sadalayıb. İnformasiya təhlükəsizliyi şirkətinin mətbuat xidmətinin yaydığı məlumata görə, bu zərərli proqrama daha çox onlayn internet mağazalardan alınan saxta smartfonlarda rast gəlmək olar.
Triada-nın yeni versiyası sosial şəbəkələrdə - Telegram və TikTok-da istifadəçi hesablarını oğurlamaq, WhatsApp və Telegram-da qurbanlarının adından gizli şəkildə mesajlar göndərmək, kriptovalyutaları ələ keçirmək, brauzerlərdə şəxsin fəaliyyətini izləmək, zənglər zamanı nömrələri dəyişdirmək, SMS mesajlarının axınına nəzarət etmək, pullu xidmətlər göndərmək kimi fəaliyyətlər ortaya qoya bilir: "Zərərli proqram tamamilə yeni Android cihazlarına da yüklənir. Amma burada daha çox risk müxtəlif məşhur smartfon modellərinin saxtalarıdır. Şübhəsiz ki, alıcı belə bir qadjetı, məsələn, onlayn mağazalarda endirimli qiymətlərlə almaqla daha çox riskə girir. Əksəriyyəti Rusiyada olmaqla müxtəlif ölkələrdə 2600-dən çox istifadəçi Triada-nın yeni versiyası ilə qarşılaşıb".
Tural