Son günlər bir sıra media orqanlarında ictimaiyyətdə yanlış təsəvvür yaradan, əsassız və yoxlanılmamış məlumatlar yayılıb.
Belə ki, Nəsimi rayonu, Həzi Aslanov küçəsi 55 ünvanında yaşayan sakinin binanın əsas giriş qapısının bağlanması səbəbindən mənzilinə pəncərədən daxil olduğu iddia edilib.
Məsələ ilə bağlı Nəsimi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyindən bildirilib ki, sözügedən bina 1885-ci ildə tikilib və bir müddət əvvəl dövlət layihəsi çərçivəsində aidiyyəti qurum tərəfindən təmir edilib. Həmin mənzilin mövcud giriş qapısı olsa da, sakin müəyyən məqsədlər üçün əlavə giriş açmaq istəyib. Lakin binanın konstruksiyasına qanunsuz müdaxilənin qarşısı qurumun nümayəndələri tərəfindən dəfələrlə alınıb.
Bu səbəbdən məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib.