İƏT Baş katibindən İlham Əliyevə təbrik

İƏT Baş katibindən İlham Əliyevə təbrik
01 Apr 2025 14:08

İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Əsəd Məcid Xan Prezident İlham Əliyevi təbrik edib.

News365.az xəbər verir ki, təbrik məktubunda deyilir:

    "Zati-aliləri.

    Yeniləşmə və ümid bayramı olan Novruz bayramı münasibətilə Sizə, Azərbaycan hökumətinə və xalqına təbriklərimi çatdırır, yeni imkanlar, uğurlar və firavanlıq dolu bir mövsüm arzu edirəm.

    Bu əlamətdar bayramın bizim regional əməkdaşlığımıza dair ümumi öhdəliyimizi daha da gücləndirməsini diləyirəm.

    Fürsətdən istifadə edərək, həmçinin Zati-alinizi mübarək Ramazan bayramı münasibətilə də təbrik edirəm. Qoy bu bayram hamımıza sülh, firavanlıq və xoşbəxtlik gətirsin, bölgəmizdə birlik və həmrəyliyi daha da möhkəmləndirsin!

    Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".


    Sizin reklam burada
    Sizin reklam burada