Amerikalı alimlər xarici institutlara sığınmağa başlayıblar. Beyin axını Donald Trampın universitetlərlə bağlı siyasətinə görə başlayıb. Bu fikirlər "Financial Times"də dərc olunan məqalədəndir.
Müəllif xatırladıb ki, Tramp administrasiyası bəzi universitetlərin maliyyələşdirilməsini dayandırıb və həmçinin D.E.I. konsepsiyası ilə mübarizəyə başlayıb. ABŞ-də çoxlu sayda proqramlar, kurslar, qrantlar və tranşlar da dondurulub. ABŞ institutlarının artıq 1 milyard dollar vəsaitə çıxışı dayandırılıb və 40 milyard dollardan çox vəsait də tam şəkildə dondurulub. Bundan xüsusilə Yale və Kolumbiya universitetləri təsirlənib.
"Alimlər əmək haqqı ilə yanaşı, öz işləri üçün avadanlıq və materiallar almaq üçün də maliyyəyə ehtiyac duyurlarş Bu səbəbdən, onlar normal şəkildə işləmək üçün yeni yerlər axtarmağa başlayıblar",- nəşr yazıb.
Qeyd edilib ki, hətta Oksford Universiteti amerikalı alimlərdən iş üçün 20-dən çox müraciət alıb.
İsveç Tədqiqat Universitetinin rəhbərliyi də hər kəsi ABŞ-li həmkarlarını dəstəkləməyə çağırıb, və aparıcı kanadalı tədqiqatçılar “Kanada elmi kəşflər vasitəsilə dünyanı daha yaxşı bir yerə çevirmək istəyən bu cür istedadlar üçün xoş bir ev ola bilər” deyə bəyan ediblər.
Tural