Gürcüstanda telekanalların xaricdən maliyyələşdirilməsi qadağan edildi

Gürcüstanda telekanalların xaricdən maliyyələşdirilməsi qadağan edildi
01 Apr 2025 13:51

Gürcüstan parlamenti televiziya kanallarının xaricdən maliyyələşdirilməsini qadağan edən yayım haqqında qanunu üçüncü və yekun oxunuşda qəbul edib. Parlamentin iclası qanunverici orqanın internet saytında canlı yayımlanıb.


“Yayımlar haqqında” qanuna dəyişikliklərin lehinə 86 deputat səs verib. Heç kim buna qarşı çıxmayıb.

Qanuna əsasən, televiziya kanallarının “xarici qüvvələr” tərəfindən maliyyələşdirilməsinə qadağa qoyulacaq. Bunun səbəbi sənəddə izah olunduğu kimi, televiziya və radio yayımçıları tərəfindən yayılan məlumatların yüksək səviyyədə etimad qazanması və ictimai rəyi formalaşdıra bilməsidir. Yalnız xaricdən ödənişli kommersiya reklamına, teleşopinq və televiziya proqramlarında reklam məhsullarının yerləşdirilməsinə icazə verilir.

Tural


Sizin reklam burada
Sizin reklam burada