Paşinyanın deputatı dilinin bəlasına düşdü

Paşinyanın deputatı dilinin bəlasına düşdü
01 Apr 2025 13:05

Ermənistan Milli Assambleyasının spikeri Alen Simonyan artıq parlamentin “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı Vilen Qabrielyandan mandatından imtina edilməsi ilə bağlı bəyanat alıb. Bu barədə Sputnik Ermənistan-a parlament sədrinin mətbuat katibi Movses Arutyunyan məlumat verib.

Daha əvvəl deputat özü sosial şəbəkələrdə seçki günü, martın 30-da Gümrüdə baş vermiş qalmaqallı insidentlə bağlı mandatından imtina etdiyini açıqlamışdı. Həmin vaxt o, ehtimal edilir ki, sərxoş vəziyyətdə jurnalistlərə qarşı kobud və təhqiramiz ifadələr işlədib. Deputat özünü təxribatçı kimi aparıb və baş nazirin mümkün istefası ilə bağlı suala belə cavab verib: “Hökumət onsuz da 2025-cı ildə dəyişəcək. Ona görə də indi mandatdan niyə imtina edək ki?”. Bundan əlavə, o, hakim partiyanın namizədi Sarik Minasyanın mümkün məğlubiyyəti barədə suala cavabında bundan sevinəcəyini deyib.

Tural


Sizin reklam burada
Sizin reklam burada