Biləsuvar rayonunda baş verən avtoqəzada xəsarət alanlar Kliniki Tibbi Mərkəzə təxliyə olunublar.
News365.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, Biləsuvar rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 3 nəfər (2 kişi, 1 qadın) oktyabrın 17-də saat 10:30 radələrində Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.
Pasiyentlərə ilkin tibbi yardım göstərildikdən sonra ixtisaslı tibbi yardımın davam etdirilməsi məqsədilə Kliniki Tibbi Mərkəzə təxliyə olunublar.
***
Biləsuvar rayonunda baş verən avtomobil qəzasında ölənlərin şəxsiyyəti məlum olub.
News365.az xəbər verir ki, 1986-cı il təvəllüdlü Tacəddin Yusifovun idarə etdiyi "Toyota" markalı avtomobil rayonun Səmədabad kəndi ərazisində idarəetmədən çıxaraq aşıb.
Hadisə nəticəsində sürücü T.Yusifov və sərnişin, 1966-cı il təvəllüdlü Tovuz Axundova hadisə yerində ölüb. Avtomobildə olan digər üç nəfər isə xəsarət alıb. Onlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
***
Biləsuvarda ağır yol qəzası baş verib.
News365.az xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun rayonun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, idarəetmədən çıxan minik avtomobili aşıb.
İlkin məlumata görə, iki nəfər ölüb, üç nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.