Parisdə telekanalın qərargahına hücum edilib, 21 nəfər saxlanılıb

Parisdə telekanalın qərargahına hücum edilib, 21 nəfər saxlanılıb
15:25

Fransanın paytaxtı Parisdə yerləşən CNews telekanalının mənzil-qərargahına maskalı şəxslər hücum edib.

News365.az xəbər verir ki, BFMTV-nin hüquq-mühafizə orqanlarına istinadən yaydığı məlumata görə, hadisə yerli vaxtla saat 07:00 radələrində baş verib. Binanın yaxınlığında toplaşan təxminən 100 nəfər girişdəki dayanacağa gedən yolu bağlayıb və əraziyə müxtəlif əşyalar atmağa başlayıb.

Məlumata əsasən, hücum zamanı binanın pəncərələri sındırılıb. Hadisə yerinə gələn polis əməkdaşları 21 nəfəri saxlayıb.

Qeyd olunur ki, hücuma məruz qalan binada digər media qurumu olan Europe 1 radiostansiyasının ofisləri də yerləşir.

Xatırladaq ki, oktyabrın əvvəlindən Fransada məktəblilərin və şagirdlərin etiraz aksiyaları keçirilir. Məlumatlara görə, ölkə üzrə 375 orta məktəbin fəaliyyəti dayandırılıb. Etirazlar və nümayişlər zamanı azı 215 şagirdin, 700-dən çox hüquq-mühafizə orqanı əməkdaşının və təxminən 100 təhsil işçisinin xəsarət aldığı bildirilir.


Sizin reklam burada
Sizin reklam burada