İran və Ermənistan strateji sənəd hazırlayacaq - Pezeşkian açıqladı

İran və Ermənistan strateji sənəd hazırlayacaq - Pezeşkian açıqladı
15:35

İran və Ermənistan ikitərəfli strateji sənədin hazırlanması, eləcə də iqtisadiyyat və tranzit əlaqələri sahəsində regional əməkdaşlığın inkişafı barədə razılığa gəliblər.

News365.az xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian Ermənistana səfərinin nəticələrini şərh edərkən bildirib. Məlumatı “Pars Today” yayıb.

“Ermənistan-İran Strateji Əməkdaşlığının İnkişafı Mərkəzi”nin təsisçisi Puya Hüseyni də bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Pezeşkianın sözlərinə görə, İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə ikitərəfli münasibətlər və qarşıdakı dövr üçün nəzərdə tutulan planlar müzakirə olunub.

Razılaşmaya əsasən, iki ölkənin ekspertləri birgə strateji sənədin hazırlanması üçün zəruri əsasları formalaşdırmaq məqsədilə peşəkar görüşlər keçirəcəklər.

İran prezidenti regional əməkdaşlığın əsas istiqamətlərindən biri kimi nəqliyyat və tranzit marşrutlarının inkişafını qeyd edib. Onun fikrincə, region ölkələrinin coğrafi imkanlarının Avropaya, Fars körfəzinə, Əfqanıstana və Hindistana uzanan marşrutlarla əlaqələndirilməsi iqtisadi mübadilənin genişləndirilməsi, həmçinin mədəni və siyasi əlaqələrin möhkəmləndirilməsi üçün yeni imkanlar yarada bilər.

İran, Ermənistan və Gürcüstanın ortaq imkanlarına toxunan Pezeşkian regional əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

O bildirib ki, qonşu ölkələrlə qarşılıqlı fəaliyyətin inkişafı ortaq maraqların təmin olunmasına və konstruktiv əlaqələrin möhkəmlənməsinə töhfə verə bilər.

Qeyd edək ki, Pezeşkian Ermənistana BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP17) sammitində iştirak etmək üçün səfər edib.


Sizin reklam burada
Sizin reklam burada