Azərbaycanda dövlət qurumlarının saytına giriş DAYANDI

Azərbaycanda dövlət qurumlarının saytına giriş DAYANDI
16:28

Azərbaycanda bir sıra dövlət qurumlarının rəsmi internet saytlarına girişdə problem yaranıb.

News365.az xəbər verir ki, istifadəçilər Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Elm və Təhsil Nazirliyi, Milli Məclis və Nazirlər Kabineti də daxil olmaqla bir sıra dövlət qurumlarının rəsmi internet resurslarına daxil ola bilmirlər.

Saytlara giriş zamanı səhifələrin açılmadığı müşahidə olunur. Bu isə həmin qurumlardan rəsmi məlumat əldə etmək istəyən istifadəçilər üçün çətinlik yaradır.

Hazırda problemin səbəbi, miqyası və nə vaxt aradan qaldırılacağı barədə rəsmi məlumat yoxdur.

Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyi məlum deyil.

 


Sizin reklam burada
Sizin reklam burada