Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu
12:37

“Təşkilatçılara, göstərdikləri dəstəyə görə Azərbaycan xalqına dərin minnətdarlığımı bildirmək istəyirəm. Hər şey çox yüksək və ideal səviyyədə təşkil olunmuşdu”.

Bu sözləri III Beynəlxalq Xankəndi Ultramarafonunun qalibi olan gürcüstanlı David Xarazişvili deyib.

O, dörd gün davam edən yarış ərzində hər mərhələdə birinci yeri tutaraq qalib gəldiyini xatırladıb:

“192 kilometrlik məsafəni qət etmək mənim üçün bir ilk idi və kifayət qədər çətin keçdi. Buna görə özümü çox xoşbəxt hiss edirəm. Gələcəkdə də mütləq bu cür yarışlarda iştirak edəcəyəm”.


Sizin reklam burada
Sizin reklam burada