Bu gün səhər saatlarında Pakistanın Bəlucistan əyalətində 5,6 maqnitudalı zəlzələ qeydə alınıb.
News365.az xəbər verir ki, Almaniya Geoelmlər Araşdırma Mərkəzinin (GFZ) məlumatına görə, zəlzələnin episentri Xuzdar dairəsində, təxminən 10 kilometr dərinlikdə yerləşib.
Qeyd edək ki, bölgədə 14,9 milyondan çox insan yaşayır. Zəlzələ nəticəsində baş verən dağıntılar barədə hələlik məlumat verilməyib.