Premyer Liqada VII tura yekun vuruldu

Premyer Liqada VII tura yekun vuruldu
22:30

Futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub.


News365.az xəbər verir ki, turun bağlanış oyunu “SOCAR Polymer Arena”da “Şəfa” və “Turan Tovuz” komandaları arasında olub.


Qarşılaşma Tovuz təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 45+2-ci dəqiqədə Diequ Balau vurub.


Bu nəticədən sonra 14 xalı olan "Turan Tovuz" 4-cü sıradakı mövqeyini qoruyub. "Şəfa" isə 3 xalla 11-ci yerdə qərarlaşıb.


Qeyd edək ki, turun əvvəlki matçlarında “Kəpəz” “Araz-Naxçıvan”a, "Qarabağ" "İmişli"yə 2:0, “Sumqayıt” “Qəbələ”yə 4:1 hesabı ilə qalib gəlib, “Neftçi” – “Sabah” (0:0) və “Zirə” – “Şamaxı” (1:1) görüşləri isə heç-heçə ilə yekunlaşıb.


Sizin reklam burada
Sizin reklam burada