Misir prezidenti 2030-cu ildə postunu tərk edəcək

Misir prezidenti 2030-cu ildə postunu tərk edəcək
14:20

Misir Prezidenti Əbdülfəttah əs-Sisi səlahiyyət müddətinin 2030-cu ildə başa çatacağını bildirib və prezidentlik müddətinin uzadılması üçün Konstitusiyaya dəyişiklik edilməsini istisna edib.

News365.az xəbər verir ki, əs-Sisi bu məsələ ilə bağlı açıqlamasında prezidentlik müddətinin uzadılmasının gündəmdə olmadığını vurğulayıb.

“2030-cu ildə mənim prezidentlik müddətim başa çatacaq. Bu məsələ tamamilə həll olunub”, – deyə Misir Prezidenti bildirib.

Qeyd edək ki, Əbdülfəttah əs-Sisi 2014-cü ildən Misirə rəhbərlik edir.


Sizin reklam burada
Sizin reklam burada