Husilər Yəmənin bu şəhərini mühasirəyə alıb

Husilər Yəmənin bu şəhərini mühasirəyə alıb
11:47

Yəməndə fəaliyyət göstərən “Ənsar Allah”ın (husilər) qüvvələri ölkənin üçüncü ən böyük şəhəri olan Taizi mühasirəyə alıb.

News365.az xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, Taiz şəhəri Yəməndə yenidən alovlanan vətəndaş müharibəsinin əsas cəbhələrindən birinə çevrilir. Husilərin şəhəri mühasirəyə alması və cənub istiqamətində Ədənə gedən əsas yolu bağlaması sakinləri evlərini tərk etməyə məcbur edib. Bu vəziyyət bölgədəki humanitar böhranı daha da ağırlaşdırıb.

Məlumata görə, husilərin Taiz üzərində nəzarəti ələ keçirməsi dörd illik atəşkəsdən sonra bu yay yenidən başlayan müharibənin gedişində ciddi dönüş nöqtəsi ola bilər.

Husilər hazırda nəzarət etdikləri əraziləri genişləndirməyə çalışırlar. Qruplaşma cümə axşamı günü cənubdakı Ədən şəhərində yerləşən prezident sarayı kompleksinə raket zərbəsi endirib.


Sizin reklam burada
Sizin reklam burada