Biləsuvarda maşın aşdı: iki ölü, üç yaralı - YENİLƏNİB

Biləsuvarda maşın aşdı: iki ölü, üç yaralı - YENİLƏNİB
15:15

Biləsuvar rayonunda baş verən avtomobil qəzasında ölənlərin şəxsiyyəti məlum olub.

News365.az xəbər verir ki, 1986-cı il təvəllüdlü Tacəddin Yusifovun idarə etdiyi "Toyota" markalı avtomobil rayonun Səmədabad kəndi ərazisində idarəetmədən çıxaraq aşıb.

Hadisə nəticəsində sürücü T.Yusifov və sərnişin, 1966-cı il təvəllüdlü Tovuz Axundova hadisə yerində ölüb. Avtomobildə olan digər üç nəfər isə xəsarət alıb. Onlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

***

Biləsuvarda ağır yol qəzası baş verib.

News365.az xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun rayonun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb.

    Belə ki, idarəetmədən çıxan minik avtomobili aşıb.

    İlkin məlumata görə, iki nəfər ölüb, üç nəfər xəsarət alıb.

    Faktla bağlı araşdırma aparılır.


    Sizin reklam burada
    Sizin reklam burada