Hindistanın Racastan ştatının Kota rayonunda Dehli-Mumbay ekspress yolunda mikroavtobusun aşması nəticəsində səkkiz nəfər ölüb, 15-16 nəfər yaralanıb.
News365.az xəbər verir ki, məlumata görə, Bhopaldan Xatu Şyam Ci məbədinə zəvvarları aparan mikroavtobus Simaliya polis bölməsinin ərazisində, Karadiya yaxınlığında qəzaya uğrayıb.
İlkin ehtimala əsasən, sürücünün sükan arxasında yuxulaması qəzanın baş verməsinə səbəb olub.
Yaralılar xəstəxanaya çatdırılıb. Hadisənin digər təfərrüatları barədə hələlik məlumat verilməyib.