Rusiya prezidenti Vladimir Putin ilə müəyyən məsələlərdə razılığa gəlmək “təsir rıçaqları”nə əl atmaqla xüsusi yanaşma tələb edir. Bunu Fransanın keçmiş prezidenti Fransua Olland “Die Zeit” nəşrinə müsahibəsində deyib.
"Onun danışmasına icazə verməlisən, amma nə vaxtsa onun sözünü kəsməli və dediklərini, xüsusən də onun etdiklərini qəbul etmədiyini göstərməlisən", - keçmiş Fransa lideri Rusiya prezidentinə qarşı "təsir rıçaqları" haqqında danışarkən qeyd edib.
Ollandın sözlərinə görə, Ukrayna böhranın həllinin tərkib hissəsi kimi münaqişənin nizamlanmasında təhlükəsizlik zəmanətləri olmalıdır.
Xatırladaq ki, martın 25-də Kreml Rusiya və ABŞ arasında aparılan danışıqların yekunlarına dair bəyanat yaydı. Tərəflər bir sıra mühüm məsələlər üzrə razılığa gəliblər. Birincisi, Qara Dəniz Təşəbbüsü dəniz nəqliyyatının təhlükəsizliyi təmin ediləcək. Kommersiya gəmilərinin hərbi məqsədlər üçün istifadəsini qadağa qoyulacaq və gəmilərin yoxlanılması prosedurları da təmin ediləcək.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural