Fransalı nazir: "Aİ Rusiyaya ən sərt sanksiyaları tətbiq etməlidir"

Fransalı nazir: "Aİ Rusiyaya ən sərt sanksiyaları tətbiq etməlidir"
14 Apr 2025 12:47

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı ən ağır sanksiyaları tətbiq etməlidir. Bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro Aİ xarici işlər nazirlərinin Lüksemburqda keçirilən iclasına gələrkən deyib.

Fransa xarici işlər nazirinin fikrincə, belə bir qərar Rusiya iqtisadiyyatına zərbə vurmağa kömək edə bilər. Nazir həmçinin iddia edib ki, yeni məhdudiyyətlər Moskvanın hərbi səylərini gücləndirməsinə mane olacaq.

O, İranın nüvə proqramından da danışıb. Barro  qeyd edib ki, "ABŞ və İran arasında Tehranın nüvə proqramına dair yeni nüvə danışıqları Avropa İttifaqının (Aİ) təhlükəsizlik maraqları ilə üst-üstə düşməlidir".

Barro əlavə edib ki, Birləşmiş Ştatlar da oxşar yolla gedə bilər. XİN rəhbəri qeyd edib ki, Vaşinqton atəşkəsə xeyli səy və vaxt sərf etdi. Bu baxımdan, “hazır” sanksiyalar Rusiya prezidenti Vladimir Putini danışıqlar masası arxasına oturmağa məcbur edə bilər.



Tural



Sizin reklam burada
Sizin reklam burada