Fransada evsizlərin sayı rekord həddə çatdı

Fransada evsizlərin sayı rekord həddə çatdı
13:59

Fransada evsizlərin sayı 350 min nəfərə yüksəlib, bu isə ötən ilə nisbətən 20 minlik artımı göstərir.

News365.az xəbər verir ki, ölkədə 2,7 milyon insan sosial mənzil üçün növbədədir, lakin sosial mənzillərin sayı yalnız 393 min nəfərə çatır. Evsiz uşaqların sayı isə 2 159-a çatıb və onların təxminən dörddə biri üç yaşınadəkdir.

İnsan haqları müdafiəçiləri və mühacir təşkilatları hökuməti vəziyyətə laqeyd yanaşmaqda ittiham edir, sosial mənzil siyasətinin kifayət qədər effektiv olmadığını bildirirlər.

News365.az


Sizin reklam burada
Sizin reklam burada