Sakinlərin NƏZƏRİNƏ: Bu ərazilərdə su 5 gün ərzində fasilələrlə veriləcək

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazilərdə su 5 gün ərzində fasilələrlə veriləcək
13:33

Əhalinin su təminatının yaxşılaşdırılması ilə bağlı Oğuz-Qəbələ-Bakı su kəmərinin istismara davamlılığının artırılması məqsədilə görüləcək işlər çərçivəsində 25-29 noyabr tarixlərində Bakı şəhərinin Xəzər, Yasamal, Sabunçu, Xətai rayonlarının, eləcə də Abşeron rayonu və Xırdalan şəhərinin bəzi ərazilərinə suyun verilmə rejimlərində dəyişiklik ediləcək, bununla bağlı su təchizatında müvəqqəti fasilələr yaranacaq.

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.

Magistral su kəməri üzərində aparılacaq təmir-bərpa işləri yay aylarında yarana biləcək su çatışmazlığının qarşısının alınması istiqamətində icra olunan davamlı tədbirlərdən biridir.


Sizin reklam burada
Sizin reklam burada