İstanbulda İŞİD əməliyyatı: terrorçu öldürüldü

İstanbulda İŞİD əməliyyatı: terrorçu öldürüldü
09:20

İstanbulda İŞİD terror təşkilatının üzvü öldürülüb. 

News365.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyat Milli Kəşfiyyat Təşkilatı (MİT) və İstanbul Polisi tərəfindən koordinasiyalı şəkildə Sultanbəyli rayonunda həyata keçirilib.

Türkiyədə terror aktı planlaşdırdığı ehtimal edilən şübhəli əməliyyat zamanı polis əməkdaşlarına atəş açan şübhəli zərərsizləşdirilib, hadisə zamanı bir mülki şəxs yaralanıb.

Məlumata görə, İŞİD-lə əlaqəsi olduğu qiymətləndirilən 21 yaşlı Berkan Ç.-nin saxlanılması məqsədilə keçirilən əməliyyat zamanı şübhəli polis əməkdaşlarına atəş açıb. Polis əməkdaşlarının cavab atəşi nəticəsində Berkan Ç. zərərsizləşdirilib.

Hadisə zamanı bir vətəndaşın yaralandığı bildirilib. Faktla bağlı araşdırma davam etdirilir.


Sizin reklam burada
Sizin reklam burada