Göz bəbəyi gözə daxil olan işığın miqdarını tənzimləyən mühüm hissədir.
News365.az xəbər verir ki, güclü işıqda bəbək kiçilir, qaranlıqda isə böyüyür. Bu mexanizm gözün daha rahat görməsinə və tor qişanın həddindən artıq işıqdan qorunmasına kömək edir.
Mütəxəssislər bildirirlər ki, göz bəbəyi əslində qara rəngli hissə deyil. Gözün daxilində işığın böyük hissəsi udulduğu üçün bəbək bizə qara görünür.