ABŞ 65 milyard barel neft ehtiyatı yaradır - Vens

ABŞ 65 milyard barel neft ehtiyatı yaradır - Vens
03 Sen 2026 22:45

Venesuela ilə razılaşmadan sonra ABŞ faktiki olaraq 65 milyard barel neft ehtiyatı yaradır.

News365.az xəbər verir ki, bu sözləri ABŞ vitse-prezidenti Ceyms Devid Vens mətbuat konfransında deyib.

O bildirib ki, uzun müddətdir Bayden administrasiyası neft-qaz qiymətlərini azaltmaq məqsədilə Strateji Neft Ehtiyatını boşaldıb.

Onun sözlərinə görə, administrasiya indi Venesuelada keçirilmiş əməliyyatdan sonra yaranan münasibətlərdən Amerikanın enerji təhlükəsizliyini kəskin şəkildə genişləndirmək və Venesuela xalqına gəlir gətirmək üçün istifadə edir.


Sizin reklam burada
Sizin reklam burada