Türkiyə xarici işlər naziri Hakan Fidan Münhen Təhlükəsizlik Konfransı çərçivəsində suriyalı həmkarı Əsəd Həsən Şeybani ilə görüşüb.
News365.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlər Suriyanın bərpası prosesindən və terror təşkilatlarına qarşı birgə mübarizə barədə müzakirə aparıblar.