Fərdi yaşayış evində yanğın - 4 ölü

Fərdi yaşayış evində yanğın - 4 ölü
27 Mar 2025 09:13

Rusiyanın İrkutsk vilayətinin Podatovskaya kəndində yaşayış evində baş vermiş yanğın dörd nəfərin həyatına son qoyub.

News365.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya FHN-in regional idarəsinin mətbuat xidməti məlumat yayıb.

“07:22-də (Bakı vaxtı ilə 03:22) yanğın söndürülüb. Dörd nəfər həlak olub, xəsarət alan yoxdur”, – məlumatda qeyd olunub.

Yanğının söndürülməsinə 15 nəfər və 7 texnika cəlb olunduğu bildirilir.


Sizin reklam burada
Sizin reklam burada