Fələstinlilər yenidən kütləvi köç edir

Fələstinlilər yenidən kütləvi köç edir
11:12

İsrail hücumlarından sonra fələstinlilər yenidən köç etməyə başlayıblar.

 News365.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Məlumata görə, İsrailin atəşkəsi pozaraq Qəzza zolağına endirdiyi hücumlar nəticəsində həlak olanların sayı 330-u keçib.

Hava və artilleriya zərbələrinin intensivləşməsi səbəbindən Qəzzanın mərkəzi hissəsində yerləşən Əl-Muğraka bölgəsinin sakinləri evlərini tərk etməyə məcbur olub. Fələstinlilər özləri ilə götürə bildikləri az sayda əşyalarla at arabalarında və ya piyada şəkildə daha təhlükəsiz hesab etdikləri ərazilərə doğru hərəkət edirlər.

BMT və beynəlxalq humanitar təşkilatlar vəziyyətin getdikcə ağırlaşdığını bildirir, lakin bölgəyə yardımların çatdırılmasında ciddi çətinliklər yaşanır.


Sizin reklam burada
Sizin reklam burada