Fələstinli lider Suriyada saxlanıldı

Fələstinli lider Suriyada saxlanıldı
03 May 2025 23:45

Suriyanın təhlükəsizlik qüvvələri Fələstinin Azadlığı Uğrunda Xalq Cəbhəsi – Baş Komandanlığın baş katibi Talal Nacini saxlayıb.


News365.az xəbər verir ki, bu barədə məlumatı Suriyanın “Al Masirah” telekanalı yayıb.


Bildirilib ki, Talal Naci paytaxt Dəməşqdə keçirilən xüsusi əməliyyat zamanı ələ keçirilib. Onun yaşadığı evin müşahidə kameraları vasitəsilə nəzarətə götürüldüyü qeyd olunur.


Hazırda əməliyyatla bağlı əlavə detallar açıqlanmır.


Sizin reklam burada
Sizin reklam burada